<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>109</hymn_number>
<lyrics>[V1]
 Sənsən bu dünyaya qalib gələn,
 Sənsən bizi sevən, mərhəmət edən.
 Sənsən bizim üçün canını verən,
 Nurdan gəlib Nura qayıdan Sənsən.

[V2]
 Rəbb İsa Müqəddəsimiz Sənsən,
 Sənsən ürək taxtımızda oturan.
 Bizim arxamızda qaya tək duran,
 Sevərək qayğımıza qalan Sənsən.

[V3]
 Sənsən Kainata nur, işıq saçan,
 Daim həyatımızı nurlandıran.
 Hər an, hər zaman bizə qucaq açan,
 Həyat və xeyir-dua verən Sənsən.

[V4]
 Sənsən Göylərin sirrini açan,
 Sənsən o Müqəddəs Yerdə oturan.
 Heç vaxt nəzərini bizdən çəkməyən,
 Həqiqətdə yaşamağı öyrədən.</lyrics>
<title>Sənsən bu dünyaya qalib gələn İL109</title>
</song>